Futtennis üzrə beynəlxalq turnirin püşkatma mərasimi keçirilib - FOTOLAR
Martın 4-də Bakıda təşkil ediləcək futtennis üzrə ikinci açıq beynəlxalq turnirin bu gün püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Futnet Federasiyasının yarışların keçirilməsi departamentinin rəhbəri Gülağa Cabarov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və atletlərimizin qazandığı nailiyyətləri yüksək qiymətləndirib.
Bildirib ki, ölkəmizdə futtennis üzrə ikinci dəfədir beynəlxalq turnir təşkil olunur. Azərbaycanda idmanın bu növünə maraq böyükdür. Bir müddət öncə təşkil olunan ölkə çempionatındakı görüşlərin gərgin idman mübarizəsi şəraitində keçməsi bunları deməyə əsas verir.
“Turnirdə Azərbaycanın 4 komandası ilə yanaşı, İran, Rusiya və Gürcüstan kollektivləri də birincilik uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, növbəti illərdə turnirin iştirakçılarının sayı daha da artacaq”, - deyə G.Cabarov əlavə edib.
Qonaqları salamlayan federasiyanın baş katibi Əfqan Həmzəyev turnirin əhəmiyyətini yüksək qiymətləndirib. O, yarışın reqlamenti və qaydaları barədə məlumat verib.
Beynəlxalq Tələbə Futbolu İttifaqının baş direktoru Andrey Stukalov, Ümumrusiya Həvəskar Futbol Liqasının prezidenti Maksim Simonov və digərləri çıxışında idmanın bu növünün inkişafı baxımından bu tipli yarışların təşkilinin vacibliyini diqqətə çatdırıblar.
Daha sonra turnirin püşkü atılıb. Püşkə əsasən, birinci turda ASTA (Azərbaycan) - “EGE Hospital” (Azərbaycan), İran - “Leon” (Azərbaycan), Gürcüstan - Rusiya qarşılaşmaları təşkil olunacaq. “Marafon” (Azərbaycan) klubu ilk turda istirahət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB