Cüdoçularımız Antalyada 3 medal qazanıblar FOTOLAR

Cüdoçularımız Antalyada 3 medal qazanıblar FOTOLAR

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışı davam edir. Azərbaycan Cüdo Federasiyasından SİA-ya verilən məlumata görə, martın 2-də başlayan yarışın ilk günündə Azərbaycan milli komandasının 3 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 2 gümüş və 1 bürünc medala layiq görülüblər.

Ölkəmizi təmsil edən Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medal, Şükran Zamanlı (55 kq) bürünc medal qazanıb.

16 ölkədən 495 yeniyetmə cüdoçunun mübarizə apardığı Antalya turniri bu gün başa çatacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə