Roberto Firmino "Everton"a qarşı oynayacaq?

Roberto Firmino "Everton"a qarşı oynayacaq?

"Liverpul"un futbolçusu Roberto Firmino İngiltərə Premyer Liqasının 29-cu turunda "Everton"a qarşı oynaya bilər. Britaniya mətbuatının yazdığına görə, ölkə çempionatında "Mançester Yunayted"ə qarşı matçda zədələnən braziliyalı hücumçu məşqlərə başlayıb. Hazırda həkimlərin müşayiəti altında olan Firminonun "Everton"la görüşə kimi hazır olacağı gözlənilir.

Qeyd edək ki, "Everton" - "Liverpul" matçı martın 3-ü keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə