PSJ yeni sponsorundan ildə 60 milyon avro qazanacaq

PSJ yeni sponsorundan ildə 60 milyon avro qazanacaq

Fransanın PSJ futbol klubu “Accor Live Limitless” otellər şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalayıb. İmzalanan müqaviləyə əsasən şirkət hər il Paris təmsilçisinə 60 milyon avro ödəyəcək. Klubun futbolçuları üzərində “ALL” yazılan loqonun olduğu forma ilə meydana çıxacaqlar.

Qeyd edək ki, Paris klubunun cari mövsümdəki sponsoru Birləşmiş Ərəb Əmirliklərinin “Fly Emirates” hava yolları şirkətidir.

Bütün xəbərlər Facebook səhifəmizdə