"Neftçi"nin sabiq futbolçusu Cənubi Koreya klubundan ayrıldı

"Neftçi"nin sabiq futbolçusu Cənubi Koreya klubundan ayrıldı

"Neftçi"nin sabiq yarımmüdafiəçisi İqnasio Errera Cənubi Koreyanın "Seul E-Land" klubundan ayrılıb. Belə ki, çilili futbolçu karyerasını vətənində davam etdirəcək. 32 yaşlı oyunçu yüksək liqa təmsilçisi "Palestino" ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Errera 2017-ci ilin yanvarından ötən mövsümün sonuna kimi "Neftçi"nin formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə