Ekvador millisinin üzvü Azərbaycana gəlir?

Ekvador millisinin üzvü Azərbaycana gəlir?

Ekvador millisinin üzvü Anibal Çala karyerasını Azərbaycanda davam etdirəcək. Qol.az xəbər verir ki, bu barədə yerli ölkə mətbuatı xəbər yayıb. "İnfocancha.com" saytının iddiasına görə, 22 yaşlı müdafiəçi "Sabah"la anlaşıb. Onun hazırda Bakıda olduğu və debütantla müqavilə bağlayacağı gözlənilir.

Məlumatı "Sabah" klubundan da təsdiqləyiblər. Saytımıza verilən açıqlamada futbolçunun artıq Bakıda olduğu və tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacağı bildirilib. Qeyd edək ki, ötən ildən Ekvador yığmasına çağırılan Çala millidə 3 oyun keçirib. Onun son klubu "Ekvador Kito" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə