Bu il Azərbaycan futbolunun 100 illik yubileyi qeyd olunacaq. Siasport.az saytı AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizin idman həyatı üçün əlamətdar olan bu hadisənin yüksək səviyyədə qeyd olunması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin tapşırığına əsasən müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. AFFA tərəfindən Dövlət arxivinə müraciət olunaraq futbolumuzun 100 illik tarixi barədə yazı, foto və videomateriallar toplanıb. Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim iyun ayında Buta Sarayında keçiriləcək. Tədbirdə beynəlxalq futbol qurumlarının, həmiçinin milli assosiasiyaların nümayəndələrinin və digər qonaqların iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB