"Real"ın baş məşqçisi Santyaqo Solari qəzəbli fanatlarla qarşılaşmamaq üçün gizli yolla aradan çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Barselona"ya məğlubiyyətə görə (0:3) çalışdırıcıdan izahat tələb edən fanatlar klubun məşq bazasının qarşısına toplaşıb. Solari avtomobilinə oturaraq arxa qapıdan qaçıb.
Qeyd edək ki, çalışdırıcı 2019-cu ildə baş məşqçi postunda Xulen Lopetegini əvəzləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB