Rafael Varan “Barselona”ya qarşı oynayacaq?

Rafael Varan “Barselona”ya qarşı oynayacaq?

Futbol üzrə İspaniya kubokunun yarımfinal mərhələsində “Barselona” ilə keçirilən cavab oyununda zədələnən “Real”ın futbolçusu Rafael Varanın durumuna aydınlıq gəlib. “Mundo Deportivo” yazır ki, fransalı futbolçunun zədəsi ciddi deyil. O, La Liqanın 26-cı turunda “Real”la keçiriləcək görüşdə meydana çıxa bilər. Müdafiəçi komandanın son məşqində iştirak edib.
Qeyd edək ki, bu gün keçiriləcək “Real” – “Barselona” matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə