Antonio Valensiya "qırmızı şeytanlar"dan ayrılır?

Antonio Valensiya "qırmızı şeytanlar"dan ayrılır?

Mövsümün sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq Antonio Valensiya komandadan ayrılacaq. Britaniya mətbuatının yazdığına görə, bunu “mankunyanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer mətbuat konfransında jurnalistlərə deyib. O, 33 yaşlı müdafiəçinin sözləşməsinin yenilənməyəcəyini bildirib.

Qeyd edək ki, 2009-cu ildən “MY”də çıxış edən ekvadorlu futbolçu bu müddət ərzində 388 oyuna 25 qol vurub, 62 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə