"Fənərbaxça"nın sabiq prezidenti Əziz Yıldırım Türkiyə Futbol Federasiyasında (TFF) növbəti prezident seçkilərində namizəd olacaq. Türkiyə mətbuatının yazdığına görə, A. Yıldırım bu vəzifəyə namizədliyini yaxın müddətdə rəsmən açıqlayacaq.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirörən ötən gün istefa verdiyini açıqlayıb. Qurumda növbəti prezident seçkiləri iyun ayında olacaq. O vaxta kimi TFF-yə vitse-prezident Hüsnü Güreli rəhbərlik edəcək. Əlavə edək ki, Əziz Yıldırım 20 ildən çox "Fənərbaxça"da çalışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB