"Çelsi"nin İngiltərə Premyer Liqasında acınacaqlı vəziyyətdə çıxış etməsi "Zadəganlar"ın azərkeşləri və komanda rəhbərliyi ilə yanaşı, futbolçuları da dil açmağa vadar edib. Siasport.az saytı xəbər verir ki, "Çelsi"nin futbolçusu Frank Lempard Premyer Liqadakı acınacaqlı vəziyyətə görə təəssüf hissi keçirdiyini açıqlayıb. O bildirb ki, uzun illər boyu əldə etdikləri uğurlardan sonra belə acınacaqlı vəziyyətlə üz-üzə qalmaları bütün futbolçulara pis təsir edib: "Mövsümə yaxşı başlasaq da indi vəziyyətimiz çox pisdir. 5-ci yerdə qərarlaşmağımız yaxşı heç nə vəd etmir. Amma futbolçu yoldaşlarım da bu vəziyyətdən çıxmaq üçün yollar axtarırlar. Azərkeşlər əmin olsunlar ki, biz "Çelsi"ni yenidən zirvəyə qaldıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB