Sumoçularımız martın 7-dən 20-dək Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək ümumdünya etno festivalında iştirak edəcəklər. SİA-nın məlumatına görə, Azərbaycan Sumo Federasiyasından bildiriblər ki, yarışlara 90 ölkədən 3 mindən çox idmançı qatılacaq.
Təmsilçilərimiz mütləq çəki dərəcələrində mas-reslinq və ənənəvi güləş üzrə yarışlarda mübarizə aparacaqlar. İdmançılarımız Azərbaycan Milli İdman Növləri Assosisasiyasının prezidenti Xanlar Qurbanovun rəhbərliyi ilə turnirdə iştirak edəcəklər. Asif Səfərbəyov, Camal Feyziyev və Zaur Bağırov baş məşqçi Samir Abdullayevin rəhbərliyi ilə meydana çıxacaqlar.
Görüşlərin idarə olunmasında ölkəmizi Məmmədvəli Mustafayev, Rəsul Həsənov və Fikrət Məlikov təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB