Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah" "Neftçi"nin qonağı olacaq. SİA-nın məlumatına görə, debütant matça iki itkiylə çıxacaq. Belə ki, Erik Ramos cəzalı duruma düşdüyü üçün sabiq klubuna qarşı forma geyinməyəcək. Elşən Abdullayev də zədədən əziyyət çəkir.
"Neftçi"də isə Tural Axundov cəzalı vəziyyətdə olduğu üçün "Sabah"la oyunu kənardan izləyəcək.
Qeyd edək ki, "Neftçi" - "Sabah" oyunu martın 2-si, saat 18:30-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB