UEFA Serxio Ramosu cəzalandırıb

UEFA Serxio Ramosu cəzalandırıb

"Real"ın kapitanı Serxio Ramos cəzalandırılıb. SİA-nın məlumatına görə, ispan müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdə bilərəkdən sarı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb. O, qarşılaşmanın 89-cu dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb.

UEFA müdafiəçinin bunu qəsdən edib-etmədiyini araşdırıb. Futbolçu günahkar bilindiyi üçün qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edib.

Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə