David De Xea "qırmızı şeytanlar"dan ayrılır?

David De Xea "qırmızı şeytanlar"dan ayrılır?

"Mançester Yunayted"in qapıçısı David De Xea komandada qalıb-qalmayacağı hələ də bəlli deyil. "The Telegraph" nəşri yazır ki, əslində ispaniyalı qolkiper "qırmızı şeytanlar"la yeni müqavilə bağlamağa hazırdır. Ancaq 28 yaşlı qapıçı illik 26 milyon funt-sterlinq (təqribən 29 milyon avro) maaş tələb edir ki, bu da klub rəhbərliyini çıxılmaz vəziyyətdə qoyur. Mançester təmsilçisinin De Xeaya 5 illik müqavilə qarşılığında ümumilikdə 90 milyon funt-sterlinq (illik 18 milyon) təklif etdiyi bildirilir. Bu isə təcrübəli qolkiperi razı salmır.

Qeyd edək ki, hazırda "Mançester Yunayted"də ən çox maaş alan futbolçu Aleksis Sançesdir. Onun həftəlik gəliri 500 min funt-sterlinqdir. De Xea da məhz çilili hücumçu qədər qazanmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə