"Real" - "Barselona" oyununun hakimi niyə dəyişdirildi?

"Real" - "Barselona" oyununun hakimi niyə dəyişdirildi?

Futbol üzrə İspaniya La Liqasının 26-cı turunda keçiriləcək "Real" - "Barselona" oyununun hakimi dəyişdirilib. İspaniya Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə görə, qarşılaşmanı Alxandro Ernandes Ernandes idarə etməli olsa da, referi zədələndiyindən, görüş Alberto Undiano Malenkoya həvalə olunub.

Qeyd edək ki, martın 2-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. "Barselona" dünən İspaniya kubokunun yarımfinal mərhələsinin cavab matçında səfərdə "Real"ı 3:0 hesabı ilə məğlub edərək, finala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə