İngiltərənin “Fulhem” komandasının baş məşqçisi Klaudio Ranyeri istefaya göndəriləcək. “The Sun” nəşri xəbər verir ki, klub rəhbərliyi Premyer Liqanın XXVIII turunda səfərdə “Sautqempton”a 0:2 hesablı məğlubiyyətdən sonra 68 yaşlı mütəxəssisi görüşə çağırıb. İtaliyalı məşqçinin bu gün postundan uzaqlaşdırılacağı gözlənilir.
“Fulhem” 17 xalla 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, K.Ranyeri 2016-cı ildə “Lester”i İngiltərə çempionu edib. O, ötən ilin noyabrından “Fulhem”ə rəhbərlik edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB