“Qətər 2022” üçün tikilən stadionlar gələn il tam hazır olacaq

“Qətər 2022” üçün tikilən stadionlar gələn il tam hazır olacaq

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatı üçün tikilən stadionlar gələn ilin sonunadək tam hazır olacaq. TASS xəbər verir ki, bu barədə FIFA-nın baş katibi Fatma Samuru məlumat verib. O bildirib ki, Qətərdə dünya çempionatının başlamasından ən azı iki il əvvəl bütün stadionlar hazır olacaq. Bir stadion artıq istifadəyə verilib. 2019-cu ildə isə üç stadion istismara veriləcək. Təşkilatçıların açıqlamasına görə, digər 4 stadion 2020-ci ilin sonunadək tamamlanacaq.

Paytaxt Dohadakı 40 min tamaşaçı tutumuna malik “Xəlifə Arena” artıq istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə