I Divizionda 17-ci tura start verilib - NƏTİCƏLƏR

I Divizionda 17-ci tura start verilib - NƏTİCƏLƏR

Futbol üzrə Azərbaycan I Divizionunda 17-ci tura start verilib. SİA-nın məlumatına görə, bu gün iki qarşılaşma keçirilib. "Sabah-2" səfərdə "Keşlə-2"yə 2:0, "Sumqayıt-2" "Qarabağ-2"yə 3:1 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 40-a çatdıran "Sumqayıt-2" turnir cədvəlində ilk pilləyə yüksəlib. Bir oyun az keçirən MOİK 38 xalla 2-ci, Neftçi-2" 32 xalla 3-cüdür.

"Keşlə-2" - "Sabah-2" 0:2
Qollar:
Tural Nəsirov, 20, Reza Bigdelo, 58

"Qarabağ-2" - "Sumqayıt-2" 1:3
Qollar:
İbrahim Əliyev, 14 (0:1), Murad Xaçayev, 21 (0:2), Con Delarj, 44 (1:2), İbrahim Əliyev, 71 (1:3)

Bütün xəbərlər Facebook səhifəmizdə