Formula 1 yarışına jurnalistlərin akkreditasiyasının müddəti uzadıldı
Bu il 26-28 aprel tarixlərində 4-cü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün yerli media nümayəndələrinin akkreditasiyasına dair sənəd qəbulu uzadılıb və bu proses martın 5-i saat 17:00-dək davam edəcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən SİA-ya verilən məlumata görə, sənəd qəbulunun uzadılmasına səbəb yeni müqavilədən sonra yerli jurnalistlər tərəfindən builki yarışa böyük diqqət göstərilməsi olub.
Qeyd edək ki, Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2019 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Yerli media nümayəndələrinin yarışa qeydiyyatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) vasitəçiliyi ilə həyata keçirilir. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Akkreditasiya prosesi ilə bağlı ətraflı məlumat əldə etmək istəyənlər (+99412) 4041383 nömrəsinə zəng edə və ya [email protected] elektron poçt ünvanına yaza bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB