Bakı İdman Sarayında keçirilən cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib. SİA-nın məlumatına görə, qızların yarışında Gülşən Bağırova (44 kq), Gültac Məmmədəliyeva (52 kq), Diana Şoranova (63 kq), Aliyə Müslümova (78 kq) fəxri kürsünün ilk pilləsində qərarlaşıblar. Oğlanlar arasında isə Mirağa Hacıyev (55 kq), Davud Abbaslı (66 kq), Vüsal Şamilov (81 kq) və Abdulla İsmayılov (100 kq) Azərbaycan çempionu adına layiq görülüblər.
Azərbaycan birinciliyində 51 klubu təmsil edən 276 cüdoçu mübarizə aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB