Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, AFFA-nın və Bakı Kəndlər Futbol Federasiyasının (BKFF) birgə təşkilatçılığı ilə tanınmış futbolçu, “Şöhrət” ordenli Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. Baş İdarədən SİA-ya bildiriblər ki, turnirdə altı komanda - “Hövsan”, “Ələt”, “Qardaşlar”, “Binə”, “Qobustan”, “Müşfiqabad” kollektivləri mübarizə aparıblar.
Maraqlı və gərgin idman mübarizəsi ilə yadda qalan turnirdə üçüncü yer uğrunda görüşdə “Qobustan” komandası “Qardaşlar” kollektivini 2:0 hesabı ilə məğlub edib. Final görüşündə isə “Binə” komandası 3:2 hesabı ilə “Ələt” üzərində qələbə qazanıb və turnirin qalibi olub.
Qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib.
Turnirin ən məhsuldar futbolçusu – altı qolla yadda qalan “Ələt”in üzvü Şamxal Məlikov, eləcə də ən intizamlı futbolçu üçün ayrılan mükafatın sahibi “Qobustan”ın məşqçisi Atabəy Əlixanov təşkilatçılar tərəfindən təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB