Solari: "Çox fürsət yaxalasaq da, yararlana bilmədik"

Solari: "Çox fürsət yaxalasaq da, yararlana bilmədik"

Xəbər verdiyimiz kimi, İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Real"ı üstələyən "Barselona" ilk finalçı olub. "Nou Kamp"dakı 1:1 hesabından sonra "Santyaqo Bernabeu"dakı "El Klassiko" 3:0 hesabı ilə qonaqların xeyrinə nəticələnib.

SİA-nın məlumatına görə, oyundan sonra açıqlama verən meydan sahiblərinin baş məşqçisi Solari matçdan razı, nəticədən narazı qaldığını bildirib: "Qol vurmalı və finala çıxmalı idik. Çox fürsət yaxalasaq da, onlardan yararlana bilmədik. Reqilon və Vinisius bu gün əla çıxış etdi. Vinisiusda yalnız topa qətiyyətli toxunuş çatmadı. Futbolda tez ayağa qalxmaq lazımdır. Bu gün necə oynamağımız bizim üçün önəmli deyil. Şənbə günkü matça köklənmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə