Premyer Liqanın ikinci hissəsinə yaxşı başlamayan və sonuncu pilləyə yuvarlanan "Sumqayıt" uğursuzluqların səbəbkarını tapıb. SİA-nın məlumatına görə, "kimyaçılar" XVIII turda "Zirə"yə doğma meydandakı minimal hesablı məğlubiyyətdən sonra məşqçilər korpusunda dəyişiklik etmək qərarına gəlib.
Klub fiziki hazırlıq üzrə məşqçi Sergey Yankovi ilə yollarını ayırıb. Qərarı komandanın baş məşqçisi Ayxan Abbasov verib. 38 yaşlı çalışdırıcı ukraynalı məşqçini işinin öhdəsindən gələ bilmədiyi üçün göndərmək qərarına gəlib.
Qeyd edək ki, Yankovi mövsümün gedişində "Sumqayıt"a cəlb olunub. Onu kimin əvəzləyəcəyi bəlli deyil. //Futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB