Messi və Buskets "El-Klasiko"da 35-ci dəfə birlikdə oynayıblar

Messi və Buskets "El-Klasiko"da 35-ci dəfə birlikdə oynayıblar

İspaniyanın "Barselona" klubunun futbolçuları Lionel Messi və Serxio Buskets birlikdə oynadıqları oyunların sayına görə "El-Klasiko"da rekord müəyyənləşdiriblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İspaniya Kubokunun yarımfinal mərhələsində "Real Madrid"ə qarşı oynanılan cavab matçı bu iki komanda yoldaşı üçün sayca 35-ci olub.

Əvvəlki rekord Messi və Andres İnyestaya məxsusdur - "Kral klubu"na qarşı 34 oyun.

İki komanda arasında yarımfinal mərhələsinin cavab oyunu "Barselona"nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda 1:1 hesablı nəticə qeydə alındığından, Kataloniya klubu finala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə