"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzalayacaq

"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzalayacaq

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yeni müqavilə imzalamağa hazırlaşır. Türkiyə mətbatının yazdığına görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 65 yaşlı mütəxəssislə 2024-cü ilin iyununa kimi müqavilə imzalanacağı bildirilib. Onun illik maaşında dəyişiklik olmayacağı vurğulanıb. Türk çalışdırıcı hazırda olduğu kimi ilinə 3 milyon avro qazanacaq. Bundan başqa, onun müqaviləsində, təzminat məbləği ilə bağlı bəndin yer almayacağı da iddia olunub.

Qeyd edək ki, F.Terim 2017-ci ilin dekabrında 4-cü dəfə İstanbul klubunun baş məşqçisi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə