UEFA “Real”ın kapitanına cəza verəcək?

UEFA “Real”ın kapitanına cəza verəcək?

UEFA “Real”ın kapitanı Serxio Ramosa cəza verə bilər. Qurumun rəsmi saytında yer alan məlumata görə, buna səbəb 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Ayaks”la ilk oyununda (2:1) bilərəkdən sarı vərəqə alması olub. O, 89-cu dəqiqədə gördüyü sarı vərəqə ilə cəzalı duruma düşərək cavab oyununu buraxıb. Hazırda davam edən araşdırmanın nəticəsi sabah – 28 fevralda açıqlanacaq. İspaniya millisinin üzvünün əlavə bir oyunluq cəza alacağı gözlənilir. Qeyd edək ki, 2017-ci ildə “Real”ın “Apoel”i 6:0 məğlub etdiyi oyunda Madrid təmsilçisinin üzvü Dani Karvaxal bilərəkdən sarı vərəqə aldığı üçün əlavə bir oyun cəza almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə