Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman bildirib ki, irlandiyalı boksçu Tayson Fyuri WBC versiyasının ağır çəkili dünya çempionu amerikalı Diontey Uaylder ilə ikinci döyüşünü təxirə salmağı qərara alıb. “Sport-express.ru” xəbər verir ki, M.Süleyman Uaylder ilə Fyuri arasında revanş döyüşünün baş tutmayacağının rəsmiləşdiyini bildirib. O, Uaylderin revanşa hazır olana qədərki müddətdə Fyurinin daha bir döyüş keçirəcəyini vurğulayıb.
Xatırladaq ki, boksçular 2018-ci ilin dekabrında görüşmüşdülər. Həmin döyüşdə irlandiyalı boksçu iki dəfə nokdaun vəziyyətinə düşməsinə baxmayaraq, qalib müəyyənləşməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB