Hernandesin yayda "Bavariya"ya transferi dəqiqləşib

Hernandesin yayda "Bavariya"ya transferi dəqiqləşib

"Atletiko"nun müdafiəçisi Lyuk Hernandesin yayda "Bavariya"ya qoşulacağı dəqiqləşib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Münhen klubunun transferi qışda həyata keçirmək istəyi baş tutmayıb. 23 yaşlı futbolçunun keçidi tanınmış agent Covanni Brankinin sayəsində mümkün olub.

Qeyd edək ki, Hernandesin "Atletiko" ilə müqaviləsində satış qiyməti 80 milyon avro göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə