“Bavariya” heyətini iki önəmli futbolçu ilə gücləndirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Münhen klubu “Leyptsiq”dən hücumçü Timo Verner və “Atletiko”dan müdafiəçi Lukas Ernandeslə anlaşıb.
Hər iki futbolçunun “Bavariya”da oynamağa razılıq verdikləri bildirilir. Almaniya nəhəngi oyunçuların klubları ilə də ortaq məxrəcə gələ bilsə, Verner və Ernandes mövsümün sonunda yeni komandalarına qoşulacaqlar.
Qeyd edək ki, Verner Almaniya, Ernandes isə Fransa millisinin əsas üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB