Premyer Liqanın növbəti turunda "Zirə"nin qonağı olacaq "Qəbələ" bu gün yoxlama görüşü keçirib. SİA-nın məlumatına görə, əyalət təmsilçisi Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında "FC Baku" ilə üz-üzə gəlib.
Maraqlıdır ki, bu qarşılaşma Region Liqasının iştirakçısının qələbəsi ilə başa çatıb. Növbəti mövsümdən I Divizionda iştirak etməyi planlaşdıran paytaxt komandası əsas heyətlə meydana çıxan rəqibinə 2:0 hesabı ilə qalib gəlib.
Paytaxt-Şimal zonası üzrə qrupun lideri olaraq pley-off mərhələsinə vəsiqə qazanan "FC Baku"»nu Eltun Hüseynov və Murad Səttarlı sevindirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB