"Seltik"in yeni baş məşqçisi müəyyənləşib

"Seltik"in yeni baş məşqçisi müəyyənləşib

Şotlandiyanın "Seltik" klubunun yeni baş məşqçisi bəlli olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa təmsilçisini bundan sonra Nil Lennon çalışdıracaq. 47 yaşlı mütəxəssis bu postda "Lester Siti"yə keçən Brendan Rocersi əvəzləyib. Con Kennedi və Demyen Daff Lennonun köməkçisi olacaqlar.

Qeyd edək ki, şimali irlandiyalı mütəxəssis son olaraq "Hibernian"ı çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə