Azərbaycan idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edəcək

Azərbaycan idman gimnastikası üzrə dünya kubokuna ev sahibliyi edəcək

Azərbaycan Gimnastika Federasiyası martın 14-17-də kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışlarına ev sahibliyi edəcək. SİA-nın məlumatına görə, Milli Gimnastika Arenasında keçiriləcək turnir “Tokio 2020” Yay Olimpiya Oyunlarına getmək istəyən idmançılar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, Olimpiadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 51 ölkə artıq qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 167 kişi və 80 qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. Dünya kubokuna çox sayda Olimpiya mükafatçıları, dünya və Avropa çempionatı medalçıları qatılacaq.

Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə