Dortmund "Borussiya"sı artıq çəkili fanatları üçün arıqlamaq kurs təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kurs 12 həftə davam edəcək. Nəzəri və praktik məşğələlərdə 35-65 yaşlı, artıq çəkidən əziyyət çəkən bütün fanatlar iştirak edə bilər. 90 dəqiqəlik pulsuz məşğələlər klubun akademiyasının məşqçiləri tərəfindən keçirilir.
Qeyd edək ki, Dortmund təmsilçisinin ötən il təşkil etdiyi analoji kurslarda iştirak edən fanatlar orta hesabla 7 kq arıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB