Ronaldo “Beşiktaş” üçün İstanbula gəlir

Ronaldo “Beşiktaş” üçün İstanbula gəlir

Türkiyənin "Beşiktaş" futbol klubu dünya futbolunun diqqət mərkəzindədir. Siasport.az saytı xəbər verir ki, super futbol ulduzlarını transfer edən İstanbul klubu indi də "Real Madrid"in bir neçə il əvvəl "Mançester Yunayted"dən 94 milyona avroya transfer etdiyi Kriştiyano Ronaldonun maraq dairəsinə düşüb.

Portuqaliyalı futbol ulduzu "Beşiktaş"da oynayan həmvətənlərinə dəstək olmaq üçün "İsmət İnönü" stadionuna gələrək "Beşiktaş"ın oyununu izləmək istəyir. İstanbul təmsilçisinin "Atletiko Madrid" klubundan transfer etdiyi portuqaliyalı Simao Sambroza K.Ronaldonun ən yaxın dostları sırasındadır. O, İspaniyadan ayrıldıqdan sonra isə K.Ronaldo onun üçün bərk darıxıb.

Türkiyə klubunda forma geyinən S.Sambroza "Beşiktaş" klubunun rəhbərliyinə məlumat verib ki, "Real"da oynayan həmyerlisi onunla telefonla danışıb və bildirib ki, münasib olan bir vaxtda İstanbula gələrək "İsmət İnönü" stadionunda onların iştirakı ilə keçirilən oyuna baxmaq istəyir.

S.Sambroza bildirib ki, İstanbul klubunda forma geyinən başqa bir portuqaliyalı futbol ulduzu Kuarejma "Beşiktaş" futbol klubunun və tərəfdarlarının necə böyük sevgiyə sahib olduqları barədə "Real"ın ulduzuna məlumat verib.

S.Sambroza deyib ki, yaxın vaxtlarda K.Ronaldonun İstanbula gəlməsinin vaxtını birgə müzakirə edib müəyyənləşdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə