"Yuventus"un futbolçusu Kriştiano Ronaldo yeni biznesə başlayır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz saç əkim mərkəzi açır. Ronaldonun uzun illər yaşadığı Madriddə fəaliyyət göstərəcək mərkəzə onun sevgilisi Corcinya Rodriges başçılıq edəcək.
Mart ayında fəaliyyətə başlayacaq mərkəzdə 150 peşəkar mütəxəssis çalışacaq. Burda qiymətlər 4 min avrodan başlayacaq.
Məsələ ilə bağlı futbolçunun mətbuat katibi Karla Palansa açıqlama verib: "Ronaldo 18 martda baş tutacaq açılış mərasiminə qatılacaq. Hazırda Avropa və ərəb dünyasından saç əkdirmək üçün Türkiyəyə çox sayda insan gedir. Bu müştərilərin Türkiyə əvəzinə Madridə gəlməsini istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB