"Latsio" - "Milan" matçında qol vurulmayıb

"Latsio" - "Milan" matçında qol vurulmayıb

Futbol üzrə İtaliya kubokunda yarımfinal mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma oynanılıb. Səfərdə "Latsio"nun qonağı olan "Milan" qolsuz heç-heçə etməklə sərfəli nəticə qazanıb. Komandalar arasında cavab görüşü aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda isə "Atalanta" və "Fiorentina" klubları üz-üzə gələcəklər.

İtaliya kuboku, yarımfinal mərhələsinin ilk oyunu

26 fevral
"Latsio" - "Milan" 0:0

27 fevral
"Atalanta" - "Fiorentina"

Bütün xəbərlər Facebook səhifəmizdə