İngiltərənin "Lester Siti" klubunun yeni baş məşqçisi məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Premyer Liqa klubunun "sükanı arxası"na Brendan Rocers keçib. Şimali irlandiyalı mütəxəssis "tülkülər"lə 3,5 illik müqavilə bağlayıb. Rocers bu postda Klod Pyueli əvəz edib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2016-cı ildən "Seltik"də işləyirdi. Rocers Premyer Liqada sonuncu dəfə "Liverpul"u çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB