"Fiorentina" öz azarkeşlərini cəzalandıracaq?

"Fiorentina" öz azarkeşlərini cəzalandıracaq?

İtaliyanın "Fiorentina" klubu dünyasını dəyişən futbolçusu David Astorini sosial şəbəkələrdə təhqir edən azarkeşləri cəzalandırmaq niyyətindədir.

Klubun saytında yer alan məlumata görə, Florensiya təmsilçisi sabiq müdafiəçiyə qarşı bəzi fanatların qeyri-etik ifadələr işlətdiyinə görə üzüldüyünü bildirib. Klub bu şəxslərin tapılması üçün səlahiyyətli orqanlarla daim əlaqədə olduğunu vurğulayıb. "Fiorentina" həmçinin əsl azarkeşləri belə insanlardan uzaq durmağa çağırıb. Qeyd edək ki, David Astori 2018-ci ilin martında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə