"İnter" "Milan"la oyuna xüsusi forma ilə çıxacaq

"İnter" "Milan"la oyuna xüsusi forma ilə çıxacaq

"İnter" İtaliya A seriyasının 28-ci turunda "Milan"la oyuna xüsusi forma ilə çıxacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Nike" şirkəti “İnter”lə əməkdaşlığın 20 illiyi münasibətilə belə bir addım atıb. 20 il ərzində komandanın ən yaddaqalan 10 formasının birləşməsindən xüsusi dizaynda forma hazırlanıb.

Qeyd edək ki, "Milan" - "İnter" oyunu martın 17-də "San Siro"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə