“Çesli”nin baş məşqçisi: “Kepa ilə şəxsən danışdım"

“Çesli”nin baş məşqçisi: “Kepa ilə şəxsən danışdım"

“Çesli”nin baş məşqçisi Mauritsio Sarri İngiltərə Liqa kubokunun finalında “Mançester Siti” ilə keçirilən oyun zamanı göstərişinə əməl etməyən qapıçı Kepa Arrizabalaqa haqda növbəti açıqlama verib.
İtaliyalı mütəxəssis “Sky Sports”a müsahibəsində ispaniyalı qolkiperlə münasibətinin normal olduğunu deyib:“Kepa ilə şəxsən danışdım. Daha sonra hamımız birlikdə söhbətləşdik. Texniki heyətdən və komanda yoldaşlarından üzr istədi. Böyük səhv etdi, ancaq buna görə onu öldürmək istəmirik”.

“Kepa Premyer Liqanın növbəti turunda “Tottenhem”lə oyunda meydana çıxacaq?” sualını cavablandıran Sarri bildirib: “Hələ ki, bilmirəm. Oynaya da bilər, oynamaya da. Bir qəra verməliyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə