"Üç turnirdə mübarizəni davam etdirmək fikrimiz var”

"Üç turnirdə mübarizəni davam etdirmək fikrimiz var”

“Barselona” ilə oyuna tam diqqətlə yanaşırıq. Matça mümkün qədər yaxşı hazır olmağa çalışırıq”. Bu sözləri “Real”ın baş məqşçisi Snatyaqo Solari “Marca”ya açıqlamasında deyib.

İspaniya kubokunun yarımfinalında bu gün “Barselona” ilə keçiriləcək cavab matçı ilə bağlı danışan baş məşqçi mərhələni keçəcəklərinə inandığını bildirib: “Yarımfinala çıxmaq üçün çox şey etdik. “Barselona” ilə ilk görüşdə sərfəli nəticə qazanmışıq. Buna görə də gücümüzə və uğurumuza inanıram”.

İspaniyalı mütəxəssis komanda daxilində yaxşı əhval-ruhiyyə olduğunu vurğulayıb: “Qaret Beyl də digər oyunçular kimi tam diqqətimdədir. Kollektivimizdə yaxşı atmosfer var. Bu oyunda hər kəs iştirak etmək istəyir. Görüş dünyanın hər yerində yayımlanacaq. Üç turnirdə mübarizəni davam etdirmək fikrimiz var”.

Bütün xəbərlər Facebook səhifəmizdə