"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri ilə qapıçı Kepa Arrisabalaqa arasındakı qalmaqal komanda daxilində qruplaşmaya səbəb olub. "The Telegraph" nəşri iddia edir ki, London klubunun ispan futbolçuları Sesar Asplikueta, Pedro Rodriqes və Markos Alonso italiyalı mütəxəssisə qarşı çıxaraq, öz həmyerliləri olan qolkiperi müdafiə ediblər. Komandanın digər aparıcı üzvləri - David Luiz, Jorjinyo və Qonsalo İquain isə Sarrinin tərəfində olduqlarını bildiriblər və baş məşqçiyə haqq qazandırıblar.
Qeyd edək ki, İngiltərə Liqa Kubokunun “Mançester Siti” ilə final oyununda Sarri Kepanı əvəzləmək istəsə də, ispan qapıçı meydandan çıxmaqdan imtina etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB