“Real”ın hücumçusu Kərim Benzema ötən ilin yayında “Yuventus”a keçən sabiq komanda yoldaşı Kriştiano Ronaldo haqda danışıb. "France Football" nəşrinin yazdığına görə, franslı futbolçu Ronaldonun gedişindən sonra komandanın lideri olduğunu söyləyib: “Əvvəllər Ronaldoya görə oynayırdım. Meydanda davamlı olaraq onu axtarır, qol vurması üçün əlimdən gələni edirdim. Həmin vaxtlar ikinci plana düşmüşdüm. İndi isə qol vurmaq, liderlik etmək sırası məndədir. Mənim istədiyim də budur”.
Qeyd edək ki, Fransa millisinin sabiq üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 40 oyunda 20 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB