"Neftçi"nin futbolçusu Elvin Sərkərov karyerasını Latviyada davam etdirəcək. SİA-nın məlumatına görə, 22 yaşlı müdafiəçi "Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi”yə ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək.
Qeyd edək ki, E.Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB