"Şuşa" daha 2 hazırlıq matçı keçirəcək

"Şuşa" daha 2 hazırlıq matçı keçirəcək
"Şuşa" klubu iki yoxlama oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, aşağı liqa təmsilçisi "Bakı"nın əvəzedici heyəti və "Simurq"la qarşılaşacaq. "Bakı"nın əvəzedici heyəti ilə oyun yanvarın 22-də, saat 13.00-da paytaxt klubunun təlim-məşq bazasında keçiriləcək. "Simurq"la qarşılaşma isə yanvarın 26-da "Şəfa" stadionunun əsas meydançasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə