Joze Mourinyo: “İddialı klublarda işləmək istəyirəm"

Joze Mourinyo: “İddialı klublarda işləmək istəyirəm"

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo gələcəyi barədə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis işlə bağlı öz qarşısında iki tələb qoyduğunu deyib: “İddialı klublarda işləmək istəyirəm. Özünə güvənməyən klubdan gələn təklif mənə lazım deyil, imtina edəcəyəm. Bu, mənim özümdən ikinci tələbimdir. Birinci, ən əsas tələbim isə, mənə yaxın insanlarla bir yerdə işləməkdir. Ümumi ideyalarımı bölüşə biləcəyim insanların xoşbəxtlik gətirəcəyinə inanıram. "İnter"də məhz belə idi. Daxili aləmimlə yaxın olan klubdan təklif gəlsə, düşünmədən qəbul edərəm. Belələri yenə də var”.

Bütün xəbərlər Facebook səhifəmizdə