Marko Roys məşqlərə başlayıb.

Dortmund "Borussiya"sının kapitanı Marko Roys zədəsini sağaldıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fevralın 5-də Almaniya kubokunun "Verder"lə oyununda bud nahiyyəsindən xəsarət alan yarımmüdafiəçi artıq məşqlərə başlayıb. Onun bundesliqanın 24-cü turunun "Auqsburq"la matçında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, Roys zədə səbəbindən ölkə çempionatında "Hoffenhaym,"Nürnberq"və "Bayer", Çempionlar Liqasında isə "Tottenhem"lə matçları buraxmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə