Futzal üzrə ölkə kubokunun 1/8, 1/4 və yarımfinalının püşkü atılıb - FOTOLAR

Futzal üzrə ölkə kubokunun 1/8, 1/4 və yarımfinalının püşkü atılıb - FOTOLAR

Bakı İdman Sarayında futzal üzrə ölkə kuboku yarışlarının 1/8, 1/4 və yarımfinal mərhələlərinin püşkatma mərasimi keçirilib. Bu mərhələdə Yüksək Liqanın 7, Birinci Liqanın 3, İkinci Liqanın 6 komandası mübarizə aparacaq.

SİA-nın məlumatına görə, püşkə əsasən, Yüksək Liqa təmsilçiləri və aşağı liqa komandaları arasında mübarizəni davam etdirən ən titullu komanda “Obolon” reytinqlilər səbətində, digər 8 komanda isə onların rəqibi qismində səpələnib.

Püşkə görə, 1/8 final mərhələsində “Neftçi” klubu “Hövsan”, “Yasamal MFK Baku” “Advokat”, “Xəzər Cənub” “Dalğa”, EKOL “Standard”, “Araz” “Green Log”, “Liman” “Təbriz”, “Yasamal İSK” “Baku Fire”, “Obolon” isə “Gilan Construction” komandası ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları martın 5-6-da “Olimpik Star”da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə